» » Azərbaycan marşalları Bəhreyn yarışlarında

Azərbaycan marşalları Bəhreyn yarışlarında

Bölmə: Idman
Azərbaycan marşalları Bəhreyn yarışlarında

Cari ilin iyun ayında Bakıda keçirilən "Formula 1" üzrə yarışlarda iştirak edən Azərbaycan marşalları və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndələri "World Endurance Championship" (WEC) avtomobil yarışları üzrə dünya çempionatının sonuncu yarışının keçirilməsi prosesində iştirak ediblər.

Xalqİnfo” Report-a istinadən xəbər verir ki, çempionatın sonuncu yarışları 17-19 noyabrda Bəhreynin Sakhir yarış trekində keçirilib.

Bundan başqa, Azərbaycan marşalları WEC-in dəstəkləyici yarışlar hesab edilən MRF və "Porsche Series" yarışlarının keçirilməsinə də öz töhfələrini veriblər.

Bəhreynə səfərin əsas məqsədi bu növ yarışlarda təcrübə qazanmaq və 2017-ci ildə ikinci dəfə Bakıda keçiriləcək "Formula 1" üzrə yarışlara hazırlıq işlərini müzakirə etmək olub.

Bakı marşallarının bir qismi bundan sonra 26-27 noyabrda BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçiriləcək "Formula 1" üzrə sonuncu Qran-pridə də iştirak edəcəklər.

Qeyd edək ki, dünənki Bəhreyn yarışında WEC çempionatının əsas kateqoriyası sayılan LMP1-də "Audi Sport Team Joest" komandasının Lucas di Grassi (Braziliya), Loic Duval (Fransa) və Oliver Jarvis (Britaniya) pilotları qalib gəliblər.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az
[hide][/hide]

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler