» » Materazziyə görə Zidan maskaları geyinəcəklər -

Materazziyə görə Zidan maskaları geyinəcəklər - Foto

Bölmə: Idman, MARAQLI
Materazziyə görə Zidan maskaları geyinəcəklər -

Hindistan Superliqasında sabah baş tutacaq “Kerela Blasters” – “Çennaiyin” maçtından öncə ev sahibi komandası maraqlı addım atıb.

Xalqİnfo” xəbər verir ki, “Kerela Blasters”in azarkeşlərinin rəhbəri Abdul Hadhi azarkeşlərə Madridin “Real” klubunun baş məşqçisi Zinəddin Zidanın maskasını paylayıb. Maskaların 35 min azarkeş arasında paylanması nəzərdə tutulub.

Buna səbəb isə rəqib komandanın baş məşqçisinin məşhur italiyalı futbolçu Marko Materazzi olmasıdı. Belə ki, azarkeşlərə Zidan maskası ilə baş məşqçiyə təzyiq göstərmək istəyirlər.

Məsələ ilə bağlı danışan azarkeş qrupunun rəhbəri fikirlərini belə izah edib: “Materazziyə bir mesaj göndərmək istəyirik. Ona şiddətli təzyiq göstərmək niyyətindəyik. Məncə, bu planımız onun üçün ən böyük təzyiq olacaq”.

Qeyd edək ki, 2006-cı ildə Almaniya keçirilən dünya çempionatının final oyununda maraqlı anlar yaşanmışdı. Finalda Fransa və İtaliya komandaları üz-üzə gəlmişdi. Həmin matçın son dəqiqələrində Zidan söyüş söydüyünə görə Materazzini baş zərbəsi ilə vurmuşdu.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler