» » “Bu, mənim “Real”la sonuncu müqaviləm deyil” -

“Bu, mənim “Real”la sonuncu müqaviləm deyil” - Ronaldo

Bölmə: Idman
“Bu, mənim “Real”la sonuncu müqaviləm deyil” -

Bu gün Madridin "Real” klubu ilə müqavilə imzalayan portuqaliyalı futbolçu Kristiano Ronaldo fikirlərini bildirib. “Xalqİnfo” xəbər verir ki, 31 yaşlı hücumçu doğma komandası ilə müqavilə imzaladığı üçün xoşbəxt olduğunu deyib:

"Bu gün mənim üçün çox özəl bir gündü. "Real” mənim xəyallarımın komandasıdı. Yeni müqavilə imzaladığım üçün çox xoşbəxtəm. Bu forma ilə tarix yazmağa davam etmək istəyirəm”.

Ulduz futbolçu vurğulayıb ki, bu, "Real”a imzaladığı sonuncu müqavilə deyil: "Bu, mənim "Real”la imzaladığım sonuncu müqavilə deyil. Futbolçu karyeramı "Real”da başa vurmaq istəyirəm. Fikrim 41 yaşıma qədər futbol oynamaqdı. "Real”ın əfsanəsi Di Stefano da məndən belə davam etməyimi istəmişdi”.

Qeyd edək ki, Ronaldo 2009-cu ildə 94 milyon avro qarşılığında "Mançester Yunayted”dən "Real”a transfer olunmuşdu.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler