» » “Hәyәcan var” -

“Hәyәcan var” - Dәniz Yılmaz

Bölmə: Idman
“Hәyәcan var” -

"Türkiyə yığmasından təklif gözləyirdim, ancaq qismət olmadı. Artıq yeni bir dönəmə başlayıram. Həyəcan var".

"Xalqİnfo" xəbər verir ki, bu sözlər Türkiyənin "Bursaspor" klubunun futbolçusu Dəniz Yılmaza məxsusdur. Millimizdə oynamağa razılıq verən futbolçu DÇ-2018-in seçmə mərhələsində Şimalı İrlandiya millisinə qarşı oyun üçün yığmaya dəvət alıb. Bu barədə açıqlama verən hücumçu həyəcanlı olduğunu deyib:

"Əlbəttə, Türkiyə millisinə dəvət aldığım kimi 100 faiz həyəcan hiss etmirəm. Ancaq çox sevincliyəm. Məni yeni ab-hava gözləyir. Çox xoşbəxtəm və Azərbaycan millisində oynamağı həyəcanla gözləyirəm. Artıq bütün diqqətimi Azərbayacan yığmasına yönəldirəm. Çalışacam ki, əlimdən gələni edim. Ümid edirəm ki, DÇ-2018-in final mərhələsinə qatılacağıq".

Qeyd edək ki, millimizin Şimali İrlandiya ilə oyunu noyabrın 11-də baş tutacaq.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler