» » Ronaldonu devirən qol kralı -

Ronaldonu devirən qol kralı - FOTO

Bölmə: Idman
Ronaldonu devirən qol kralı -
Futbol üzrə dünya çempionatı tarixində ən çox qol vuran futbolçu dəyişib.

ans press-in məlumatına görə, Braziliyada keçirilən futbol üzrə dünya çempionatının ilk finalçısının bəlli olacağı matçda "sambaçılar" Almaniya yığması ilə qarşılaşıb.

Oyunda olduqca marqlı və tarixi anlar yaşanıb. Braziliya 30 dəqiqə ərzində qapısında 5 top görüb. Oyunda daha bir tarixi məqam isə dünya çempionatı tarixində ən çox qol vuran futbolçu adının Miroslav Klozeyə keçməsi olub. Kloze oyunda vurduğu qolla DÇ-da qollarının sayını 16-ya çatdırıb.

Beləliklə, alman futbolçu brazilyalı Ronaldonun rekordunu qırıb. Ronaldo DÇ iştiraklarında rəqib komandaların qapısına 15 dəfə yol tapa bilib.

İlk olaraq Cənubi Koreya və Yaponiyada təşkil edilən 2002 FIFA Dünya Çempionatında çıxış edən Kloze finala qədər yüksələn Almaniyanın oynadığı 7 matçda rəqib komandaların qapısına 5 qol vurub.

Daha sonra Almanların ev sahibliyi etdiyi 2006-cı il DÇ-da isə ölkəsinin çıxdığı 7 matçın hamısında meydançaya çıxmış və yenə turniri 5 qolla başa vurub. Ölkəsi çempionatı qazanmasa da, o, "Qızıl buts" mükafatı almışdı.

4 il əvvəl Cənubi Afrikada təşkil edilən final oyunlarında 5 matçda çıxış edib və 4 qolla çempionatı bitirib.

Qeyd edək ki, bu oyun 1-7 hesabı ilə almanların tarixi qələbəsi ilə başa çatdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler