"Çelsi" İngiltərə çempionatında ardıcıl 5-ci qələbəsini qazanıbBölmə: Idman
"Çelsi" futbol üzrə İngiltərə çempionatının 11-ci turunda evdə "Everton" üzərində 5:0 hesabı ilə qələbə qazanıb. "Xalqİnfo" xəbər verir ki, oyunda qolları Eden Azar (19 və 56-cı dəqiqələr), Markos Alonso (20), Diyeqo Kosta (42) və Pedro Rodriqes (65) vurub. Bu, London klubunun ölkə birinciliyində ardıcıl 5-ci qələbəsi olub. Eyni zamanda "Çelsi" son beş oyunda rəqib qapısından 16 top keçirdiyi halda, öz qapısını toxunulmaz saxlayıb. Hazırda "zadəganlar" 25 xal toplayaraq turnir cədvəlinin birinci pilləsinə yüksəliblər, "Everton" 18 xal ilə 6-cıdır. "Çelsi" noyabrın 20-də keçiriləcək növbəti turda səfərdə "Midlsbro", "Everton" isə bir gün əvvəl öz meydanında "Suonsi" ilə qarşılaşacaq. Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|