» » “Papaqlarımızı göyə tullamalıyıq...” -

“Papaqlarımızı göyə tullamalıyıq...” - “Qəbələ”nin müdafiəçisi

Bölmə: Idman
“Papaqlarımızı göyə tullamalıyıq...” -

Dünən Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qəbələ” doğma meydanda Fransanın “Sent Etyen” klubuna 1:2 hesabı ilə məğlub olduğu oyundan sonra “qırmızı qaralar”ın futbolçusu Rikardinyo açıqlama verib.

Xalqİnfo.az xəbər verir ki, “Qafqazinfo”ya danışan futbolçu belə oyuna görə papaqlarını göyə tullamalı olduqlarını deyib:

“Çətin oyun idi. Qələbə qazanmağa çalışdıq, amma bunu bacarmadıq. Komandamız yaxşı oyunadı. Düşünürəm ki, biz papaqlarımızı göyə tullamalıyıq və necə lazımdısa, elə də davam etməliyik. Çünki hər bir halda bu, bizim xeyirimizədi.Növbəti oyunlarda çalışacağıq qələbə qazanaq. Əlbəttə, bu, bizim üçün çətin olacaq. Biz növbəti mərhələyə yüksəlmək istəyirdik. Biz indi həm Avropa Liqasının qrup mərhələsində çıxış edirik, həm də ölkə çempionatında. Hər oyunda qələbə qazanmağa çalışırıq, şansmız olsa da, olmasa da. Hazırda Premyer Liqada ilk pillədə qərarlaşmışıq. Əlimizdən gələni edəcəyik ki, mövqeyimizi qoruyub, çempion olaq”.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler