» » “İspan hakim belə oyun idarə edirsə...” -

“İspan hakim belə oyun idarə edirsə...” - Kapitan

Bölmə: Idman
“İspan hakim belə oyun idarə edirsə...” -

"Qrupdan çıxmaq şansımız çox azdı. Əlimizdən gələni edəcəyik ki, qrupu xalsız tərk etməyək. Xalsız qalmaq özümüzə də çox ağır gəlir. Ancaq nəzərə almaq lazımdır ki, rəqiblərimiz zəif komandalar deyil". "Xalqİnfo" xəbər verir ki, bu sözlər "Qəbələ"nin kapitanı Rəşad Sadiqova məxsusdu.

"Qəbələ" Avropa Liqasının qrup mərhələsinin IV turunda pz meydanında Fransanın "Sent Etyen" klubuna 1:2 hesabı ilə məğlub olub.

Oyundan sonra əməkdaşımızın suallarını cavablandıran Sadiqov hakim idarəçiliyindən narazı olduğunu dilə gətirib: "Hakimlik barədə danışmaq istəməzdim. Ancaq özünüz də şahid oldunuz ki, idarəçilik bərbad idi. Referi ilk hissədə başladı və hər epizodda qapımıza cərimə zərbəsi verdi. Hakimin qapımıza təyin etdiyi cərimə zərbələrin birindən qol buraxdıq. Bu, adamın psixologiyasını pozurdu. Mənə elə gəlir ki, hakim oyunu bərbad idarə etdi. Mən oyundan sonra uşaqlara dedim ki, bundan sonra Azərbaycan çempionatında olan hakim səhvlərinə heç kim heç nə deməsin. İspan belə oyun idarə edəndən sonra özümüzünkünə söz desək, bizim üçün doğru olmaz".

Sadiqov komandanın səhvlərlə yadda qaldığını deyib: "Bezotosnı komandanın bir neçə real qol vəziyyətindən xilas etdi. Fasilə zamanı onunla danışdım, ürək-dirək verdim. İkinci hissəyə də pis başlamamışdıq, səhvlərimiz oldu. Futbolda səhvlər olur. Mənim səhvimdən də qol buraxdıq. Çox kobud səhv etdim".


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler