» » “Qarabağ” 14 günə 1,3 milyon qazandı

“Qarabağ” 14 günə 1,3 milyon qazandı

Bölmə: Idman, BLOK XƏBƏR, MANŞET
“Qarabağ” 14 günə 1,3 milyon qazandı

Avropa Liqasının qrup mərhələsində PAOK-u hər iki matçda məğlub etməyi bacaran "Qarabağ" büdcəsini xeyli yaxşılaşdırıb. "Xalqİnfo" xəbər verir ki, yunanları həm evdə, həm də səfərdə məğlub etmək ağdamlılara 720 min avro (1,3 milyon AZN) qazandırıb.

Belə ki, UEFA qrup mərhələsində qazanılan hər qələbəyə görə klublara 360 min avro mükafat verir. Bundan başqa Qurban Qurbanovun komandası ilk turda evdə "Slovan"la 2:2 hesablı heç-heçəyə görə 120 min avro qazanmışdı. Bir sözlə, son çempionun qrupdakı nəticələri 840 min avroya, yəni, 1,5 milyon manata bərabərdi. Bu məbləğ isə yeni ilin ilk ayında klubun büdcəsinə köçürüləcək.

"Qarabağ" əgər qrup mərhələsini ikinci pillədə başa vursa, bu zaman daha 250 min avro mükafat qazanacaq.

Qeyd edək ki, "Qarabağ" V turda səfərdə "Slovan"ın qonağı olacaq. Ağdamlılar qrup mərhələsinin sonuncu matçında Bakıda "Fiorentina"nı qəbul edəcək.

Onu da bildirək ki, artıq UEFA qrup mərhələsinə vəsiqə qazandığı üçün "Qarabağ"ın büdcəsinə 2,6 milyon avro pul köçürüb.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz
ŞƏRH(1)

Sultan 4 noyabr 2016 14:24
Olurde bizim millet on
un bunun pulun hesablamaqa
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler