» » “Meydana çıxacağımı oyuna 2 saat qalmış bildim” -

“Meydana çıxacağımı oyuna 2 saat qalmış bildim” - Rəşad Sadıqov

Bölmə: Idman
“Meydana çıxacağımı oyuna 2 saat qalmış bildim” -

“Bütün xalqımızın gözü bu oyunda idi. Hamını qələbə münasibəti ilə təbrik edirəm. Bizim üçün heç-heçə də sərfəli nəticə idi. Ancaq səfərdən qələbə ilə qayıtmaq isə qürurvericidir”.

Xalqİnfo” “Qol.az”a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov PAOK-la oyundan (1:0) sonra deyib.

Təcrübəli futbolçusu zədəsi ilə bağlı da danışıb. O, PAOK-la oyunda meydana çıxacağını son anda bildiyini qeyd edib:

“Matçın başlmasına 2 saat qalmış bildim ki, oynayacam. Qurban müəllim məndən vəziyətimi soruşdu. Dedim ki, məni meydana buraxmaq istəsəniz, yox deyə bilmərəm. O anda da Qurban müəllim bir söz demədi. Optimal formada deyildim".

R. Sadıqov qarşıdakı oyunlara daha ciddi hazırlaşacaqlarını da bildirib: “Heç kim arxayınlaşmamalıdır. Qarşıda bizi daha çətin oyunlar gözləyir. Çox ciddi hazırlaşmalıyıq”.

Qeyd edək ki, Rəşad Sadıqov PAOK - "Qarabağ" matçının ən yaxşı oyunçusu seçilib.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler