» » FİFA-da dünya çempionatı üçün yeni qaydalar

FİFA-da dünya çempionatı üçün yeni qaydalar

Bölmə: Idman
FİFA-da dünya çempionatı üçün yeni qaydalar

FİFA DÇ-2018-in reqlamentində bəzi dəyişikliklər edib. “Xalqİnfo” xəbər verir ki, bunların bəzisi son Avropa çempionatında sınaqdan keçirilmişdi.

Lakin bu qaydalar artıq planetin ən güclü futbol turnirində də tətbiq olunacaq. Belə ki, 2018-ci ildə Rusiyada baş tutacaq mundialda istifadə olunacaq qaydalar aşağıdakılardır:

1.Yeni qaydalara əsasən, seçmə mərhələnin yekununda komandalar eyni xala malik olarsa, ilk olaraq top fərqinə baxılır. Əgər top fərqi də, eyni olarsa, komandaların öz aralarında keçirdiyi oyunların nəticəsi əsas götürülür. Dəyişikliyə əsasən, bu halda da hər iki tərəf bərabər hüquqa malik olarsa, o zaman komandaların hesabındakı sarı vərərəqələrin sayı hesablanır və daha az vərəqəyə sahib olan komandaya üstünlük verilir.

2. Bundan sonra, hər bir milli komandanın forma komplektində adsız və nömrəsiz qapıçı geyim dəsti olmalıdır. FİFA bu addımı qapıçının zədələnməsi və ya meydandan qovulması zamanı komanda da əvəzetmə limitinin dolması ilə əlaqələndirib. Belədə, çərçivəni qoruyacaq sahə oyunçularında biri məhz bu adsız və nömrəsiz formanı geyinəcək.

3. Yeni reqlamentə əsasən, artıq dünya çempionatının finalında federasiya prezidentinin trofeyi təqdim etməsi məcburi deyil. Bunu qurumda vitse-prezident və ya başqa yüksək vəzifədə çalışan nümayəndə də edə bilər.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler