» » Hakimi təhqir etdilər, cəzalandılar

Hakimi təhqir etdilər, cəzalandılar

Bölmə: Idman
Hakimi təhqir etdilər, cəzalandılar

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. “Xalqİnfo” xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA tərəfindən təşkil olunan aşağı yaş qrupları üzrə ölkə birincilikləri ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

U-19 Liqasında “Neftçi” İK İB – AZAL matçı başa çatdıqdan sonra AZAL-ın futbolçusu Elçin Əliyev hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb.

U-16 Liqasında “Vətən” RİOEUG – “Qarabağ” matçının 29-cu dəqiqəsində “Vətən” RİOEUG-in futbolçusu Bayram Əliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-14 Liqasında “Xudat” (Xudat) – UGİM (Şabran) matçının 47-ci dəqiqəsində UGİM-in futbolçusu Əli Məmmədov rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-13 Liqasında UGİM (Göyçay) – Kürdəmir Çöhranlı (Kürdəmir) matçının 42-ci dəqiqəsində UGİM-in futbolçusu Samir Məmmədov rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Bayker” – “İtaldizain” matçı başa çatdıqdan sonra “İtaldizain” klubunun futbolçusu Həsən Camalzadə hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Baku Fire” – “Avanqard” matçının 42-ci dəqiqəsində “Bakufire” klubunun futbolçusu Elşən Zərbəliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler