» » “Prezidentin sözləri məni qürurlandırdı...” -

“Prezidentin sözləri məni qürurlandırdı...” - Prosineçki

Bölmə: Idman
“Prezidentin sözləri məni qürurlandırdı...” -
“Öz ölkəmin prezidenti və Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevlə görüşdüyüm üçün çox şadam”. “Xalqİnfo”, bildirir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

AFFA-nın saytına açıqlama verən 47 yaşlı çalışdırıcı prezident İlham Əliyevin milli komanda və Prosineçkinin özü barədə səsləndirdiyi xoş sözlər barədə münasibət bildirib.

O qeyd edib ki, ölkə başçısı ilə görüşdüyü üçün fəxr hissi keçirir: “Azərbaycan prezidenti tərəfindən Xorvatiyanın dövlət başçısının şərəfinə verilən ziyafətdə iştirak etdiyim üçün böyük fəxr hissi keçirirəm. Cənab İlham Əliyevin Azərbaycan milli komandasının nəticələrindən razı olması, dövlət başçısı tərəfindən Xorvatiyanın Azərbaycanda ən yaxşı səfiri adlandırılmağım məni çox sevindirir və qürurlandırır. Bu, mənim üçün böyük şərəfdir və buna görə təşəkkür edirəm. Haqqımızda deyilən xoş sözlər, eyni zamanda, bizim üçün böyük məsuliyyətdir. Qarşıdakı oyunlarda bu etimadı doğrultmağa çalışacağıq”.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler