» » “Qəbələ”nin futbolçusuna 1, “Zirə”nin futbolçusuna 4 oyunluq cəza

“Qəbələ”nin futbolçusuna 1, “Zirə”nin futbolçusuna 4 oyunluq cəza

Bölmə: Idman
“Qəbələ”nin futbolçusuna 1, “Zirə”nin futbolçusuna 4 oyunluq cəza
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. “Xalqİnfo” xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının IX turunun oyunlarında baş verənlər müzakirə olunub.

Kəpəz” – “İnter” matçında qonaqların 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə ödəyəcək. AZAL – “Zirə” oyununda 4 futbolçusu sarı vərəqə alan qonaqların da cəzası eyni olub.

Sumqayıt” – “Qəbələ” qarşılaşmasında da qonaqlar xərcə düşüb. 4 futbolçusu sarı vərəqə ilə cəzalanan komanda 800 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan Sadiq Quliyev klubunu 200 manat ziyana salıb. Futbolçunun özü 1 oyun kənarlaşdırılıb.

Bundan başqa Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyinin 9-cu turunun bir oyunu ilə bağlı aşağıdakı qərar çıxarılıb:

AZAL – “Zirə” matçının 64-cü dəqiqəsində “Zirə”nin futbolçusu Əmrah Əliyev rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler