» » “Şadam ki, prezidentimiz Azərbaycana gəldi” -

“Şadam ki, prezidentimiz Azərbaycana gəldi” - Robert Prosineçki

Bölmə: Idman
“Şadam ki, prezidentimiz Azərbaycana gəldi” -

"Xalqİnfo" bildirir ki, Milli komandamızın baş məşqçisi Robert Prosineçkinin “Qafqazinfo”ya müsahibəsi

- Canlı izlədiyiniz oyunda “Qarabağ” “Neftçi”ni 2:0 hesabı ilə məğlub etdi. Görüşlə bağlı nə deyə bilərsiz?


- “Qarabağ” güclü komandadı. Uzun müddətdi bunu göstərir. Digər komandalarla müqayisədə “Qarabağ” daha yaxşı təsir bağışlayır.

- “Qarabağ”la oyunda “Neftçi”ni meydana Cavid İmamverdiyev kapitan kimi çıxarıb. Buna münasibətiniz necədi?

- Mən bu suala cavab vermək istəmirəm

- Hər halda millinin baş məşqçisi kimi fikirləriniz maraqlıdı...

- Araz bu gün meydanda olmayıb. Siz əminsiz ki, bu gün Araz oynasaydı, Cavid kapitan olacaqdı?

- Bildiyimizə görə, “Neftçi”nin yeni kapitanı Cavid İmamverdiyevdi...

- Bu haqda nəsə deyə bilmırəm. Mən millinin kapitanı barədə danışa bilərəm, “Neftçi”nin yox.

- Şimali İrlandiya ilə oyuna elə də çox vaxt qalmayıb. Planlarınız artıq məlumdu?

- Hələ vaxtımız var. İndidən dəqiq nəsə deyə bilmərəm. Çempionatda, eləcə də Avroliqada bir neçə oyunlar var. Hələ ki həmin oyun barədə danışmaq tezdir. Kimsə yaxşı formada ola bilər, kimsə də zədələnə bilər.

- Deniz Yılmazın çıxışını izləyirsiz?

- Onu tanıyıram.

- Bakıda səfərdə olan Xorvatiya prezidenti ilə görüşməyiniz maraqla qarşılandı. Bu barədə də təəssüratlarınızı bilmək istərdik...

- Xoş bir hal idi. Maraqlı görüş alındı. Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsinə yaxşı başlayıb. İlk dəfədir ki, komanda 3 turdan sonra 7 xal toplayıb. 2 ölkə prezidentlərinin görüşü yaxşı keçdi. Çox şadam ki, prezidentimiz Azərbaycana səfər edib. Onunla söhbət etmək imkanımız oldu. Bu, müsbət haldı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler