» » Millət vəkili Adil Əliyev rinqə çıxacaq - İtaliyadakı festivalda

Millət vəkili Adil Əliyev rinqə çıxacaq - İtaliyadakı festivalda

Bölmə: Idman, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Millət vəkili Adil Əliyev rinqə çıxacaq - İtaliyadakı festivalda
Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev İtaliyadakı boks yarışlarına qatılacaq.

Xalqİnfo.az bildirir ki, bu barədə Modern.az-a danışan Adil Əliyev deyib ki, yarışa iştirakçı kimi qatılmaq üçün ona dəvət gəlib.

“Təbii ki, İtaliyada keçiriləcək yarışlar dünya oyunlarının festivalıdır. Hal-hazırda dünya çempionatı gedir. Həmçinin, İtaliyada mən yaşda olan idmançılar arasında yarışlar keçirilir. Çəki salma, hazırlıq, iştirak, yarışların əsas məqsədini təşkil edir. Eyni zamanda, turnirə iştirakçı kimi qatılmaq mübarizlik və gələcək həyat üçün stimul yaradır”.

Xatırladaq ki, İtaliyada kikboksinq turniri keçiriləcək. Turnirə 35 professional idmançı qatılıb. Həmin idmançılar arasında azərbaycanlı deputat Adil Əliyev də var.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler