» » Abdulbari Gözəl qələbəyə münasibət bildirdi.

Abdulbari Gözəl qələbəyə münasibət bildirdi.

Bölmə: Idman, MANŞET
Abdulbari Gözəl qələbəyə münasibət bildirdi.
“Azərbaycanın hər sahəsi kimi futbolu da inkişaf edir. Şükürlər olsun ki, bu gün 2-0 hesablı qələbə qazandıq.
Bu, bizim üçün böyük müvəfəqiyyətdir. Qələbəyə görə futbolçuları təbrik elədim”.

Xalqİnfo” "Qafqazinfo"-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın fəxri
prezidenti Abdulbari GözəlQarabağ” – PAOK (2:0) matçından sonra jurnalistlərə deyib.

O bildirib ki, “Qarabağ”səfərdə də PAOK-a qalib gələ bilər: “Biz artıq rəqibi tanıdıq.
Qurban müəllim səfər oyununa komandanı yaxşı hazırlaşdıracaq. Mən inanıram ki, orda da yaxşı olacaq. Nigaran deyiləm.
Qarabağ” özünə güvənir, komandamızın özünə görə oyun üslubu var”.

Klub rəhbəri “Qarabağ”ın transfer siyasəti haqda danışıb: “Transfer məsələsi asan məsələ deyil.
Yaxşı futbolçu gətirsən də, “Qarabağ”da oynaya bilmir.
Dediyim kimi, “Qarabağ”ın özünəməxsus oyun üslubu var.
Ancaq biz həmişə futbolçu axtarırırq”.

Abdulbari bəy “Qarabağ”ın qrupdan çıxmaq şanslarını belə dəyərləndirib:
“Vallah onu deyə bilmərəm. Ancaq “Qarabağ”a güvənirəm”.

O qeyd edib ki, oyunu böyük həyəcanla izləyib: “İkinci qoldan sonra daha da rahatlaşdım.
Bilirdim ki, “Qarabağ” qalib gələcək”.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler