» » “Messini dayandırmaq üsulunu bilmirəm” -

“Messini dayandırmaq üsulunu bilmirəm” - Qvardiola

Bölmə: Idman
“Messini dayandırmaq üsulunu bilmirəm” -
Çempionlar Liqasında qrup mərhələsinin III tur qarşılaşmasında "Manchester City" "Barcelona"nın qonağı olacaq.

Xalqİnfo.az "Qafqazinfo"-a istinadən xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola sabiq klubuna qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Təcrübəli mütəxəssiz işlərini çətinləşdirən əsas amilin, məhz Messi olduğunu vurğulayıb:

"Messinin qarşısını almaq üçün heç bir texnika bilmirəm. Bilsəm, futbolçulara öyrədərdim. 90 dəqiqə uzun müddətdir. Futbolçularıma çoxlu qol epizodu yaratmağı yox, əllərinə düşən şansları dəyərləndirmələrini tapşırmışam. "Barcelona" ilə qarşılaşma bizim üçün öz səviyyəmizi bilmək baxımından çox faydalı olacaq".

Qvardiola Messinin İngiltərədə oynamaq istəyi ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib: "Ola bilər ki, Messi uşaqları ingilis dilini öyrənsinlər deyə bunu istəsin və ya yeni mühit üçün. Messi "Barca"nı tərk etməyə qərar versə, onu almaq istəyən 7 və ya 8 nəhəng klub olacaq. Ancaq mən bu yay Messi, Neymar, Suarez, Buskets, İniesta və başqaları ilə danışmamışam. Buna əmin ola bilərsiniz".

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler