» » Cüdoçularımız Abu-Dabiyə gedir

Cüdoçularımız Abu-Dabiyə gedir

Bölmə: Idman
Cüdoçularımız Abu-Dabiyə gedir
Oktyabrın 28-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri start götürəcək.

Xalqİnfo.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu yarışda dünyanın ən güclü cüdoçuları ilə yanaşı Azərbaycan milli komandası da mübarizə aparacaq.

3 gün davam edəcək "Böyük Dəbilqə" turnirində ölkəmizi Oruc Vəlizadə, Mehman Sadıqov (hər ikisi -60 kq), Vüqar Şirinli, İlqar Müşkiyev (hər ikisi -66 kq), Rüstəm Orucov, Fəqan Quluzadə (hər ikisi -73 kq), Elvin Əhmədli, Ruslan Fərruxzadə (hər ikisi -81 kq), Tural Səfquliyev, Firudin Dadşov (hər ikisi -90 kq), Elxan Məmmədov və Cəlil Şükürov (hər ikisi -100 kq) təmsil edəcək.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler