» » "Nizam-intizamı pozmuşdu" -

"Nizam-intizamı pozmuşdu" - Qurban Qurbanov

Bölmə: Idman
"Nizam-intizamı pozmuşdu" -
Premyer Liqanın 8-ci turu çərçivəsində “Qarabağ” səfərdə “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edib.

Xalqİnfo.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

“Vacib 3 xal qazandıq. Bu qələbə bizə çox lazım idi. Oyun asan keçmədi. Rəqib hər zaman bizə qarşı fərqli üslubdan istifadə edir. Futbolçular xeyli vaxtdı bir yerdə deyildi. Bununla əlaqədar müyyən çatışmazlıqlar var idi. Ümumi götürsək pis alınmadı. Qarşıda çox vacib oyunumuz olsa da bütün diqqətimizi bu matça yönəltmişdik. PAOK-lı oyuna cəmi 4 gün vaxtımız var. Yaxşı hazırlaşmalıyıq. Samir Abasova uğurlar arzu edirəm.Hər zaman yenilik edir”.

- Rəşad Sadıqovun durumu nə yerdədir?

- Ayağında ağrılar var. Sabahdan məşqlərə qoşula bilər.

- Samir Abasov məşq etdiyinizi deyirdi...

- Mən öz fikirlərimi bildirdim. Çətin oyun keçdi. Futbolçular millinin düşərgəsində idi. Ona görə bir yerdə məşq edə bilmirdik. Qol epizodlarımız çox olsa da , asasn oyun olmadı.

- İlqar Qurbanovun oyunu sizi qane etdi?

-İlqar elə futbolçudur ki, onu heç vaxt tərifləmək olmaz. Oyunundan razı qaldım. Amma daha diqqətli olmalı, çox çalışmalıdır.

- Elvin Yunuszadə niyə oynamırdı?

- Elvinin qızdırması var. Amma bu gün oynamaması bununla bağlı deyil. Onu əvəzedici heyətə göndərmişəm. Nizam-intizamı pozmuşdu. Xəstəliyi olmasaydı da oynatmayacaqdım. Maksim mərkəz müdafiəçisi mövqeyində yaxşı çıxış edir. Millidə də yaxşı çıxış etdi.

-Vüqar Nadirovu nə vaxt meydanda görəcəyik?

-“Neftçi” ilə oyunda meydana buraxmışdım. Üzərində çox çalışır. Əvəzedici heyətdə demək olar ki, hər oyunda qol vurur. Ola bilər ki, qarşıdakı matçlarda şans verdim.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler