» » İspaniyalı futbolçu milli karyerasını bitirəcəyi vaxtı açıqlayıb

İspaniyalı futbolçu milli karyerasını bitirəcəyi vaxtı açıqlayıb

Bölmə: Idman
İspaniyalı futbolçu milli karyerasını bitirəcəyi vaxtı açıqlayıb
İspaniyalı futbolçu Xerar Pike yığma komandada karyerasını başa vuracağı vaxtı açıqlayıb.

"Xalqİnfo"nun "Eurosport"a istinadən verdiyi məlumata görə, X.Pike 2018-ci il dünya çempionatından sonra yığma forması geyinməyəcəyini söyləyib.
"Milli komandada hər şeyimi versəm də, son zamanlarda xoş qarşılanmadım. Baş məşqçimiz Xulen Lopeteginin yeni layihəsi bizi çox həyəcanlandırır. Bizə çox şey verəcək. Bu səbəbdən, dünya çempionatına qədər çıxış edəcəm. Birlikdə başladıq və bir yerdə də davam edəcəyik. Rusiyadakı mundial mənim yığmadakı son turnirim olacaq" - 29 yaşlı müdafiəçi bildirib.

Xatırladaq ki, X.Pike 2009-cu ildən İspaniya yığmasında çıxış edir.

Əlaqə üçün E-mail: Xalqİnfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler