» » "Camaat hardan gəldi heç özüm də bilmədim" -

"Camaat hardan gəldi heç özüm də bilmədim" - Medvedev

Bölmə: Idman
"Camaat hardan gəldi heç özüm də bilmədim" -
Millimizin futbolçusu Maksim Medvedev Azərbaycan-Norveç (1-0) oyunundan sonra “Qafqazinfo”nun əməkdaşının suallarını cavablandırıb:

“Çox sevinirik.Baxmayaraq ki, rəqib Norveç idi vacib 3 xalı qazana bildik. Uşaqlar çox yaxşı vuruşdular, əlimizdən gələni etdik. Özüm də şəxsən sevinirəm ki, qol vurdum.

- İlk qolunuz idi ?

-Hə, ilk qolum idi, ona görə nə deyim çalışacağıq bu tempi saxlayaq. Səfərdə çətin oyuna hazırlaşırıq. İlk öncə o oyuna hazırlaşaq, sonra Norveçi fikirləşib sevinərik.

-Gözləyirdinizmi belə dəstək?

-Sözün açığı gözləmirdim. Baxırdım bilet satışlarına, 3-4 min bilet satılmışdı. Bu qədər camaat hardan gəldi heç özüm də bilmədim. Amma doğrudan da hiss olunurdu ki, evdə oynayırıq. Azarkeşlərin dəstəyi bizə əlavə güc verirdi və biz də gücümüzdən daha artığını sərf edərək vuruşurduq.

- Onların jurnalistləri sizdə qıcığ yaradırdımı?

-Qıcıq deyəndə ki, mən elə özüm də dünən konfransa gələndə onların bir üzvü baş məşqçi ilə duranda bizə yaxınlaşıb deyir ki, “Salam, sabah 3 xalı götürüb evə gedəcəyik” mən karyeramda ilk dəfə belə bir şey görürəm ki, rəqib komandanın nümayəndəsi bunu desin. Sonda isə onlar əli boş evə getdilər. Fikirləşirəm ki, bir də belə danışmayacaqlar.

- Ot örtüyü oynamağa mane olurdumu? Yəni ot örtüyünə görə məşqi də burda etmədiz.

- Belə deyim də tam fərqli meydançalar idi. Olimpiya stadionu 2 gün əvvələ baxanda bir az normal idi. Çünki 2 gün əvvəl sulamışdılar meydançanı, məşq etmək olmurdu. Bəzi futbolçular sürüşürdülər amma çox vaxtı ayaqda qalmaq mümkün olurdu. Həm də qeyd etmək lazımdır ki, futbol meydanı üçün azı 6 ay vaxt lazımdır ki, dağılmasın. Ümid edirik növbəti oyuna qədər vaxtımız var meydançanı yaxşı vəziyyətdə görə bilərik.

- Növbəti oyunu bu meydançada keçirmək istəyirsiz, yoxsa “Tofiq Bəhrəmovda”?

- Futbolçu üçün fərqi olmur bunun. Amma təbii ki, meydança dolacaqsa burda oynamaq istərdim. Elə oyunlar var ki, azarkeş gəlmir. Amma indi hiss edirəm ki, bu qələbələrdən sonra azarkeşlərin gəlməyə istəyi olacaq və meydança düzəlsə bizim üçün burda oynamaq daha maraqlı olar.

- Qol vurduğunuz epizodda orada nə üçün gəzirdiniz?

-Səhv etmirəmsə, ya künc zərbəsi idi, ya da qayda pozuntusu. Baş məşqçi demişdi ki, künc zərbələrinə sən gedərsən, çünki bu gün meydanda olanlardan ən hündürlərdən biri mən idim. Künc zərbəsini qaldırdıq və hücumdan çıxmada qaldım cərimə meydançasında. Gördüm ki, yaxşı mövqe var, topu düz ayağıma verdilər, tuta bildim küncü.

-Müdafiənin mərkəzində istədiyiniz kimi oyun alındımı?

-Yavaş-yavaş öyrəşirəm. Sözün açığı, yalnız millidə son müdafiəçi oynayıram. “Qarabağ”da da o mövqedə çox az oynayıram, çünki yaxşı oyunçularımız var. Amma bu gün bəzi problemlərimiz oldu məcbur oldum ki, mən oynayım. Düzdü, tam oyunumun 100%-ni göstərə bilmədim. Rəşadla da danışdıq, bizim üçün çox önəmli ikinci top idi, buna hazır idik. Qapıçı da çıxışlarda əla idi, bunu da qeydə almaq lazımdır.

Əlaqə üçün E-mail: Xalqİnfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler