» » Qəbələdə çempionluq döyüşü

Qəbələdə çempionluq döyüşü

Bölmə: Idman
Qəbələdə çempionluq döyüşü
Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura və I dövrəyə yekun vurulacaq.

"Xalqİnfo" Publika.az xəbər verir ki, turun və dövrənin son qarşılaşması Qəbələdə baş tutacaq. Qəbələ şəhər stadionundakı matçda çempionluğa əsas namizədlər, Avropa Liqasının qrup mərhələsində çıxış edən "Qəbələ" və "Qarabağ" üz-üzə gələcək.

Matç turnir cədvəlinin liderliyi baxımından önəmlidir. Heç-heçə hazırda turnir cədvəlinə başçılıq edən "Qəbələ"ni zirvədə saxlayacaq. 13 xalla 3-cü pillədə qərarlaşan son 3 mövsümün çempionu "Qarabağ" isə liderliyi ələ almaq üçün səfər matçında iddialı rəqibi məğlub etməlidir. "Qəbələ" son 8 oyunda uduzmayıb, son 4 matçda qələbə qazanıb. "Qarabağ" isə son 23 qarşılaşmada rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, ilk 2 gündə 3 matç baş tutub. "İnter" - "Zirə" və "Sumqayıt" - AZAL qarşılaşmaları 1:1 hesabı ilə başa çatıb, "Neftçi" "Kəpəz"i məğlub edib - 2:0. Bu matçdan sonra milli komandaların oyunlarına görə Premyer Liqada oktyabrın 15-dək fasilə yaranacaq.

Premyer Liqa. 7-ci tur

2 oktyabr

19.00 Qəbələ - Qarabağ

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov.

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Əliyar Ağayev.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Hakim-inspektor: Rövşən Əhmədov.

Qəbələ şəhər stadionu

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler