» » Bezotosnı dünyanın ən yaxşıları sırasında

Bezotosnı dünyanın ən yaxşıları sırasında

Bölmə: Idman
Bezotosnı dünyanın ən yaxşıları sırasında
Azərbaycan Premyer Liqasının III turundan təxirə salınan "Qəbələ” – "Sumqayıt” (2:0) matçı meydan sahiblərinin mövsümdəki ardıcıl 5-ci "quru” oyunu ilə əlamətdar olub. Xalqİnfo “Qafqazinfo”-a iatinadən xəbər verir ki, əyalət təmsilçisi geridə qalan turlarda qol buraxmayan yeganə komandadır.

Komandanın ukraynalı qapıçısı Dmitri Bezotosnının bu uğurlu seriyası isə ötən mövsümün sonunda start götürüb. XXXIV turun mayın 11-də keçirilən "Qarabağ”la görüşündə 2 top buraxan qolkiper AZAL (2:0) və "Kəpəz”lə (1:0) matçlarda qapısını toxunulmaz saxlayıb. Cari mövsümdə isə "Kəpəz” (2:0), "İnter” (0:0) və "Neftçi”nin (8:0) ardından AZAL-la oyunu (3:0) da qol buraxmadan tərk edən Bezotosnı ardıcıl 7-ci dəfə qapısını "quru” saxlayıb.

Onun qapısında gördüyü sonuncu qolu vuran Dani Kintananın 32-ci dəqiqədə fərqləndiyini nəzərə alsaq, qapıçı artıq 688 dəqiqədir ki qol buraxmır.

Dünyanın ən uzun "quru” seriyalarının siyahısına ən azı 660 dəqiqə qol buraxmayan qapıçılar düşdüyündən Dmitri artıq bu göstəricidə özünə yer tuta bilib. Bezotosnı "Qəbələ"nin tarixində ilk qapıçıdır ki, 2-ci dəfə həmin siyahıya düşüb. Belə ki, 32 yaşlı əlcək sahibi ötən ilin payızında 727 dəqiqəlik seriyayla şəxsi rekordunu müəyyənləşdirmişdi. İndi onu bu göstəricini təkrarlamaqdan 39 dəqiqə ayırır. Dmitri növbəti turda "Zirə" ilə səfər matçında da qol buraxmazsa, öz rekordunu yeniləmiş olacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler