» » Ronaldo haqqında şok iddia

Ronaldo haqqında şok iddia (FOTO)

Bölmə: Idman
Ronaldo haqqında şok iddia
"Real Madrid"in ulduz futbolçusu Kriştianu Ronaldo haqqında yazılan kitabda şok detal böyük marağa səbəb olub.

ANS PRESS-in məlumatına görə, "Qol maşınının sirri" adlı kitabı qələmə alan Luis Migel Pereyra tanınmış futbolçu Ronaldonun ayağında artıq bir sümük olduğunu iddia edib.

""Real Madrid" ilə "Marsilya" arasında 2009-cu ildə keçirilən qarşılaşmada Ronaldo zərbə vurduqdan sonra ayağında ciddi bir ağrı olduğunu hiss edib.

Matçdan sonra Ronaldo həkimə gedib. Futbolçunun ayağını yoxlayan həkim, onun ayağında əlavə bir sümük olduğunu kəşf edib. Həmçinin, bu sümük üçün əməliyyata ehtiyac olmadığı, lazım gələndə Ronaldonun performansına əlavə kömək də etdiyi ortaya çıxıb", - deyə müəllif öz kitabında yazıb.

Bundan başqa Ronaldonun hələ təcrübəli bir futbolçu olmadan əvvəl gecələr gizlicə idman salonuna gedərək, daha artıq çalışdığı bildirilib. Məsələdən xəbər tutan gənc komanda məşqçisi Luis Martins bu barədə futbolçuya xəbərdarlıq edərək, özünü çox gücə salmamağı məsləhət görüb.

Yazıçı Luis Migel Pereyra kitabında Kriştianu Ronaldonun professional kariyerasından tutmuş bir çox mövzulara yer verib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler