» » Ölkə kubokunu "Neftçi" qazandı

Ölkə kubokunu "Neftçi" qazandı

Bölmə: Idman
Ölkə kubokunu "Neftçi" qazandı
Futbol üzrə Azərbaycan kubokunun builki sahibi bəlli olub.

Bakının "Neftçi" və Qəbələ şəhərinin eyniadlı komandaları arasında keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı da 1:1 hesabı ilə bitdiyindən penaltilərdən yaxşı yararlanan (3:2) "Neftçi" klubu Azərbaycan kubokunun builki qalib olub.

* * *18:51

Bu gün “Qəbələ” ilə “Neftçi” arasında keçiriləcək Azərbaycan kubokunun final qarşılaşmasına maraq böyükdür.

Qarşılaşmanı fövqəladə hallar naziri Kəmaləddin Heydərov stadiondan izləyəcək. Oyunu izləyəcək rəsmi şəxslər arasında AFFA prezidenti Rövnəq Abdullayev, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, PFL prezidenti Ramin Musayev, “Qəbələ”nin prezidenti Tale Heydərov və “Neftçi”nin prezidenti Sadıq Sadıqov da olacaq (publika.az).



* * *14:57

Bu gün "Qəbələ” və "Neftçi” komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun final matçından sonra atəşfəşanlıq olacaq.

Virtualaz.org-un məlumatına görə, bu barədə sportnet.az-a matçın təşkil olunacağı Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov məlumat verib.

Onun sözlərinə görə, atəşfəşanlıq qalib komandaya kubokun təqdim edilməsindən sonra baş tutacaq.

Qeyd edək ki, "Qarabağ"ın mayın 17-də çempionluq kubokunu əldə etdiyi "Xəzər Lənkəran"la oyundan sonra Respublika stadionunda belə bir təntənə yaşanmayıb. Səbəb kimi həmin günün Laçının işğal gününə təsadüf etməsi və Türkiyənin Soma şəhərindəki faciə göstərilib.

* * * 11:16

Bu gün keçiriləcək Azərbaycan kubokunun final oyunu ilə 2013/14 mövsümünə yekun vurulacaq. Həlledici görüşdə “Qəbələ” və “Neftçi” üz-üzə gələcək.

Bu klublar Azərbaycan kubokunda ilk dəfə görüşəcək. "Qəbələ" ilk dəfədi kubokda finala yüksəlir. "Neftçi" isə ölkə kuboklarının ən uğurlu komandasıdı. Paytaxt təmsilçisi indiyə qədər 8 dəfə kubokun finalında oynamaq şansı qazanıb.

Bunların ikisində (2000/2001, 2011/2012 mövsümləri) flaqman məğlubiyyətlə üzləşib. 1994/1995, 1995/1996, 1998/1999, 2001/2002, 2003/2004, 2012/2013 mövsümlərində isə komanda kuboka sahib çıxıb.

Final matçı 20:00-da Tofiq Bəhramov adına Respublika stadionu baş tutacaq (publika.az).


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler