» » Yeni tarix yazan güləşçilərimiz Vətənə qayıdıb

Yeni tarix yazan güləşçilərimiz Vətənə qayıdıb

Bölmə: Idman
Yeni tarix yazan güləşçilərimiz Vətənə qayıdıb
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarında üçüncü yeri tutan Azərbaycan yığması Vətənə qayıdıb.


“Qafqazinfo” xəbər verir ki, dünya üçüncüsü olaraq yeni tarix yazan güləşçilərimizi AGF rəsmiləri, idman ictimaiyyətinin və KİV nümayəndələri qarşılayıblar. Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının məşqçisi Akif Əliyev güləşçilərimizin əldə etdiyi nəticədən razı qaldıqlarını bildirib. O, İran və Ermənistan yığmaları ilə qarşılaşmaya fərqli heyətlərlə çıxılmasının və nəticədə güləşçilərimizin iranlı rəqiblərinə 8:0 hesabı ilə məğlub olmasının səbəbini belə izah edib:

"Bu, baş məşqçinin taktikası idi. O, bütün qüvvəni Ermənistan komandasına saxlamışdı. Çünki, Ermənistan bizim həm rəqibimiz, həm də düşmənimizdir. Ona qalib gəlməliydik. Onu da elədik və 8:0 hesabı ilə qalib gəldik".

Dünya və Avropa çempionu Həsən Əliyev isə bildirib ki, millimizin üzvləri Ermənistan yığması ilə görüşü daha prinsipial hesab edirdilər və yığmanın hər bir üzvü öhdəsinə düşəni layiqincə yerinə yetirdi, 8:0 hesablı qələbə qazandıq.

Yığmanın üzvü Rəsul Çunayevin sözlərinə görə, millimiz qarşısına qoyduğu məqsədə çatıb. "Bu il hədəfimiz o idi ki, Dünya Kubokundan kubok və medallarla qayıdaq. Buna da nail olduq".

Qeyd edək ki, güləşçilərimiz Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə eyni qrupda mübarizə aparıb. Güləşçilərimiz ilk görüşdə yerli İran güləşçilərinə məğlub olsa da, daha sonra ardıcıl olaraq Ermənistan (8:0), Koreya (5:3) və Finlandiya (6:2) yığmasını məğlub edərək, qrupda 2-ci yerdə qərarlaşıb və bürünc medal şansı əldə edib. Həlledici qarşılaşmada Macarıstan güləşçilərini 6:2 hesabı ilə üstələyən yığmamız yarışları üçüncü sırada tamamlayıb və Dünya Kubokunun bürünc medalına sahib olub.

Bu, yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışlarında yığmamızın indiyə qədərki ən uğurlu nəticəsidir. Buna qədər güləşçilərimiz 2011-ci ildə Belarusun paytaxtı Minskdə və 2012-ci ildə Rusiya Federasiyasının Saransk şəhərində keçirilən analoji yarışda 4-cü yerlə kifayətlənmişdilər.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler