» » “Qarabağ” “Qəbələ”yə məğlub oldu

“Qarabağ” “Qəbələ”yə məğlub oldu

Bölmə: Idman, BLOK XƏBƏR
“Qarabağ” “Qəbələ”yə məğlub oldu“Avro-2016”nın seçmə mərhələsində milli komandaların oyunları ilə əlaqədar Premyer Liqamızda yaranmış fasilədən istifadə edən klublar yoxlama görüşlərində qüvvələrini sınayır.

XALQİNFO.AZ Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu gün Avropa Liqasının qrup mərhələsinin iki iştirakçısı – “Qarabağ” və “Qəbələ” üz-üzə gəlib. Bu matçda milli komandalara dəvət almış futbolçular iştirak etməyib.

Qəbələ şəhər stadionunda keçirilən oyun saat 19:00-da başlayıb. Oyun 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Bütün qollar birinci hissədə vurulub.

Qeyd edək ki, Premyer Liqanın 8-ci turunda "Qarabağ" evdə "Zirə"ni qəbul edəcək. "Qəbələ" isə səfərdə "Neftçi"nin qonağı olacaq.

“Qəbələ” – “Qarabağ” 2:1

Qollar: Aleksey Antonov, Fakundo Pereyra / Dani Kintana


Kainat Şirin


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler