» » ““Qarabağ”da heç kimi tanımıram...”

““Qarabağ”da heç kimi tanımıram...” “Yonq Boyz”un kapitanı

Bölmə: Idman, SÖHBƏT, BLOK XƏBƏR
““Qarabağ”da heç kimi tanımıram...”


Avropa Liqasının “play-off” mərhələsində “Qarabağ”ın rəqibi olan İsveçrənin “Yonq Boyz” klubunun kapitanı Stiv von Bergenin “Qafqazinfo”ya müsahibəsi


- Avropa Liqasının “play-off” mərhələsinin püşkatması size sevindirdi, yoxsa…?

- Fikrimcə, asan komanda ilə qarşılaşmayacağıq. Daha zəif rəqiblər düşə bilərdi. “Qarabağ”la matçı səbrsizliklə gözləyirik.

- “Qarabağ” haqqında nə düşünürsüz?

- “Qarabağ” texniki futbola üstünlük verən komandadır. Onlar topla gözəl davranır və qol vurmağı bacarırlar. Ehtiyatlı olmalıyıq, yoxsa bu, bizə baha başa gələr.

- Rəqibiniz haqqında tam məlumatınız var?

- Bilirəm ki, bu komanda Azərbaycan çempionatında son 2 mövsümün qalibidir. Ötən il Avropa Liqasının qrup mərhələsində layiqli mübarizə aparıb və güclü rəqiblərinə qarşı inamlı oyun göstərib. Hətta qrupdan çıxmaq şansları da olub. Amma məlum məsələlərə görə 1/16 mərhələsinə gedə bilmədilər. Bu mövsüm Çempionlar Liqasında “Seltik”ə qarşı keçirdiyi matçları izlədim. Fikrimcə, Avropanın adlı-sanlı klubuna qarşı “Qarabağ” əla oyun göstərdi.

- Azərbaycan komandası ilə oyunun hazırlıqlarına nə zaman başlayacaqsız və rəqibi analiz etmisiz?

- Yox, dərindən analiz etməmişik. Gələn həftə hazırlıqlara başlayacağıq və analiz edəcəyik.

- Azərbaycan futbolu haqqında bildiyiniz nəsə var?

- Milli komandanızın matçlarından xəbərdaram. Daha doğrusu, Robert Prosineçkinin orda işləməsindən. Bu, sizin üçün yaxşıdır. Amma şəxsən heç vaxt Azərbaycan komandalarına qarşı oynamamışam.

- Şansları necə dəyərləndirirsiz?

- Heç nə demək istəməzdim. Həmişə deyildiyi kimi, futbolda şanslar hər zaman 50-50-yədir.

- Ölkə çempionatının son oyununda “Luqano”ya 0:1 məğlub oldunuz. Bu matç Avroliqadakı oyunlara təsir edə bilər? Ümumiyyətlə “Yonq Boyz”un əvvəlki gücündə olmadığını iddia edənlər də var…

- Heç kim düşünməsin ki, biz zəifləmişik. Əksinə daha yaxşı oynayırıq. Son oyunda məğlub olsaq da, hər halda matçı gördünüz. Bəxt bizim tərəfimizdə olsaydı, böyük hesabla qalib gələrdik.

- İlk oyun Berndə olacaq. Bu sizing üçün, yoxsa “Qarabağ” üçün üstünlük sayıla bilər?

- Bunun önəmi yoxdur. Futbolda hər şey baş verə bilər. Ona görə də əsas odur ki, 180 dəqiqənin və ya daha əlavə 30 dəqiqənin sonunda sevinən tərəf olasan.

- Rəqibinizin heyətində tanıdığınız futbolçu var?

- Yox. Şəxsən tanıdığım kimsə yoxdur. Amma heyətə baxınca müxtəlif ölkələrdən legionerlərin oynadığı diqqətimi çəkdi.

- “Seltik”lə matçlarda hansı futbolçu diqqətinizi çəkdi?

- Rəqibimizin bütün oyunçularına hörmət edirik və hamısının güclü olduğunu düşünürük.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler