» » “Qəbələ” ilə “Çukariçki”

“Qəbələ” ilə “Çukariçki”

Bölmə: Idman
“Qəbələ” ilə  “Çukariçki” Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.

Xalqinfo.az xəbər verir ki, Azərbaycanı bu mövsüm qitənin ikinci dərəcəli klub turnirində təmsil edən "Qəbələ" də növbəti görüşə çıxır. Roman Qriqorçukun çalışdırdığı komandamız ilk dəfə vəsiqə qazandığı ikinci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” komandasına qarşı mübarizə aparacaq. İlk oyun səfərdə keçiriləcəyinə görə, Serbiyadan sərfəli nəticə ilə qayıtmaq vacibdir.

"Qəbələ"nin baş məşqçisi Roman Qrioqrçuk oyundan əvvəl keçirilən mətbuat konfransında fikirlərini bildirib:

“Çukariçki" çox ciddi rəqibdir. Rəqib aqressiv futbol nümayiş etdirir. Sabit heyətə malikdilər. Komanda çox sadə yolla rəqibi təzyiq altına salmağa çalışır. Bilirik ki, çox çətin oyun olacaq. Bizim oyun üslubumuz hücum futboludur. İndi elə mərhələdəyik ki, futbolçular arasında anlaşmanı artırmaq üçün zaman lazımdır. "Çukariçki" ilə qarşılaşmada da hücum etmək niyyətindəyik. Çünki dəqiq bilirik ki, üstünlük verdiyimiz üslub nəticə verir. Heyətimizdə kifayət qədər təcrübəli oyunçular var”.

Qeyd edək ki, təmsilçimiz Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Bölgə təmsilçisi Tiflis "Dinamo"sundan (Gürcüstan) üstün olmuşdu (səfərdə 1:2, evdə 2:0).

Avropa Liqası
İkinci təsnifat mərhələsi (ilk oyunlar)

16 iyul
23:30. "Çukariçki" (Serbiya) - "Qəbələ"
Baş hakim: Radu Petresku (Rumıniya).
Belqrad. "Çukariçki" stadionu.
Mənbə
Publika.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler