» » UEFA-dan açıqlama :

UEFA-dan açıqlama : “Qəbələ”nin oyunu

Bölmə: Idman
Avropa Liqasının II təsnifat mərhələsində “Çukariçki” ilə qarşılaşacaq “Qəbələ” rəqibini Bakıda qəbul edəcək. Xalqinfo.az bildirir ki, Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyulun 23-də keçirilməli olan matç paytaxtdakı “Bakcell Arena”da baş tutacaq.

“Qəbələ” klubu əvvəlcə “Çukariçki”yə müraciət edərək, matçın Bakıda keçirilməsi ilə bağlı onların razılığını aldıqdan sonra AFFA-ya məktub ünvanlamışdı. Federasiya da öz növbəsində, həmin məktubu UEFA-ya göndərmişdi.

Avropanın ali futbol qurumu “Qəbələ”nin istəyini müsbət cavablandırıb.

Qeyd edək ki, iyulun 23-də Bakıda “Qəbələ” – “Çukariçki” matçından əlavə, “İnter” – “Hafnafyordur” görüşü də keçiriləcək. Hər iki oyun 21:00-da başlayacaq.

Mənbə
Apasport.az ,
APA

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler