» » Ölkəmiz klubu

Ölkəmiz klubu erməni futbolçunu qovdu

Bölmə: Idman
Ölkəmiz klubu  İranın "Traktorsazi" klubu erməni əsilli futbolçusu Andranik Teymuryanla yollarını ayırıb. Xalqnfo.az bildirir ki, “Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, 32 yaşlı dayaq yarımmüdafiəçisi karyerasını Qətərdə davam etdirəcək.


O, yüksək liqada çıxış edən "Umm Salal" klubu ilə müqavilə imzalayıb. Həmin klubun baş məşqçisi hazırda "Qarabağ"da çıxış edən İlqar Qurbanov və Rəşad Sadıqovla Türkiyənin "Sivasspor" və "Eskişəhərspor" komandalarında birgə çalışmış Bülent Uyğundur. 44 yaşlı mütəxəssis "Umm Salal"a 2013-cü ildən rəhbərlik edir.

Qeyd edək ki, Andranik Teymuryan "Traktorsazi" klubunda ilk dəfə 2010-2011-ci illərdə çıxış edib. Teymuryan azərbaycanlıların kompakt yaşadığı Təbrizin komandasına bu ilin yanvarında yenidən qayıdıb. O, ötən mövsümün son turunda "Naft Tahran"la qarşılaşmada qırmızı vərəqə alaraq, komandasının çempionluğu əldən verməsinin səbəbkarlarından olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler