» » “Qalatasaray”dan transfer

“Qalatasaray”dan transfer -RƏSMİ

Bölmə: Idman
“Qalatasaray”dan transfer Türkiyənin “Qalatasaray” klubu İngiltərinin “Arsenal” komandasının almaniyalı ulduzu Lukas Podolskini transfer edib.

Xalqinfo.az-ın xəbərinə görə, bir neçə gündür Antalyada istirahət edən L. Podolski tibbi müayinədən keçmək üçün bu gün səhər İstanbula gedib.

Bu gün axşam saatlarında “Qalatasaray”la almaniyalı futbolçu arasında rəsmi müqavilə imzalanacaq. Müqavilənin 3 illik olacağı bildirilir.

Türkiyə klubunun L. Podolskinin transferi üçün “Arsenal”a 4 milyon avro ödəyəcəyi xəbər verilir.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü, Polşa əsilli Lukas Podolski karyerası boyunca Almaniyanın “Köln” və “Bayern”(Münhen), İngiltərənin “Arsenal” və İtaliyanın “İnter” (icarə əsasında) komandalarında forma geyib. O, Almaniya milli komandasında 122 matçda 48 qol vurub.
Mənbə
APA

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler