» » Kramarenko vaxt lazım olduğunu

Kramarenko vaxt lazım olduğunu deyir

Bölmə: Idman
Kramarenko vaxt lazım olduğunu "Komandamız yenicə yığılıb. Fikrimcə, toplanış səmərəli keçdi. Futbolçular işə çox ciddi yanaşır və tam gücü ilə məşq edirdilər”.


Xalqinfo.az xəbər verir ki, bu sözləri klubun rəsmi saytına açıqlamasında “Neftçi”nin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko deyib.

41 yaşlı çalışdırıcı “ağ-qaralar”ın Avstriya toplanışını dəyərləndirib. Kramarenko bu gün başa çatan hazırlıqların faydasından danışıb: “Bu da çox sevindiricidi. Amma vaxtımız az oldu. Çünki həmişə futbolçulara nəsə yeni bir şey göstərmək istəyirik. Bu gün "Mladost" ilə oyundan əvvəl sonuncu yoxlama matçını keçirəcəyik. Bu qısa müddət ərzində məşqçilər korpusu maksimal dərəcədə işlədilər. Futbolçular hər şeyi tez qavrayırlar”.

“Neftçi”nin məşqçisi komandada həm müsbət, həm də çatışmayan aspektlər olduğunu da bildirib: “Ona görə də mənfi tərəfləri aradan götürmək üçün işləyirik və çatışmayan tərəflər üzərində çalışırıq. Maksim Vaylo və Ruzi Qiyaslınin perspektivi var. Onlar bunu başa düşürlər və həm məşqlərdə, həm də yoldaşlıq oyunlarında böyük həvəslə çalışırlar. Gündə 2 məşq keçiririk, elə olur ki, 3 məşqimiz olur. Amma buna baxmayaraq böyük həvəslə məşq edirlər. Əgər onlar qapıçılıq sirlərini anlayacaqlarsa, irəli gedə biləcəklər”.

Kramarenko “ağ-qaralar”ın azarkeşlərinə səbirli olmağı tövsiyə edib: “Çünki komandamız yenidən qurulur. Futbolçular ürəkdən çalışırlar. Bir az vaxt lazımdı ki, futbolçular bir-birin başa düşsünlər. Bilirik ki, əsas nəticədi. Amma istəyirik ki, azarkeşlər bizə inansınlar, hər oyunda dəstək olsunlar. Çünki onlardan çox şey asılıdı. Əbəs yerə demirlər ki, azarkeşlər komandanının 12 oyunçusudu”.

Qeyd edək ki, “Neftçi” təlim-məşq toplanışını bu gün Ukrayna “Şaxtyor”u ilə yoxlama oyunu ilə tamamlayacaq.
Mənbə
“Qafqazinfo”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler