» » Blatteri kim əvəz

Blatteri kim əvəz edəcək?

Bölmə: Idman
Blatteri kim əvəzBeynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Yozef Blatter hesab edir ki, təşkilatın yeni başçısının seçkisi, böyük ehtimalla, 2016-cı ilin əvvəlində olacaq.

Xalqinfo.az-ın məlumatına görə, FİFA-nın 29 mayda keçirilmiş konqressində Blatter növbəti müddətə seçilmişdi. Amma 4 gündən sonra o, istefaya getməsi barədə bəyanat vermişdi.

Ertəsi gün mətbuatda məlumat yayıldı ki, Blatter istifaya getməyib, təşkilatın gələcək başçısını seçməyi FİFA konqressinə həyalə edib. Daha sonra FİFA-dan Blatterin istefaya getməməsi barədə sözləri təsdiqlənib. FİFA başçısının seçkilərinin elan ediləcəyi konqressin keçirilmə tarixi iyulun 20-də təşkilatın icraiyyə komitəsinin Sürixdə keçiriləcək iclasında müəyyən ediləcək.

"2016-cı ilin əvvəli ən real variantdır", - deyə Blatter vurğulayıb. Blatterin sözlərinə görə, onun vəzifədən getməsi "FİFA üçün" və onun özü üçün azadlıqdır.

"Mən prezident vəzifəsinə namizəd deyiləm, amma seçilmiş prezidentəm. FİFA-dakı işim başa çatdıqdan sonra nə ilə məşğul olacağım barədə düşünməmişəm", - deyə Blatter vurğulayır.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler