» » Bakı 2015 xalçalarda (VİDEO)

Bakı 2015 xalçalarda (VİDEO)

Bölmə: Idman, BLOK XƏBƏR, MANŞET
Bakı 2015 xalçalarda (VİDEO)Zaqatalada yerləşən xalça evində toxunan xalçalarda Bakı 2015 İlk Avropa Oyunlarının rəmzləri öz əksini tapır.

Xalqinfo.az-ın məlumatına görə, əsasən suvenir şəklində toxunan xalçaların üzərində I Avropa Oyunlarının rəmzi olan nar bu məkana üz tutan hər kəsin diqqətini daha çox cəlb edir.

Xalça evinin icraçı direktoru Şaiq Əlixanovun sözlərinə görə, yaxın günlərdə istehsalına başlanılan Bakı 2015 İlk Avropa Oyunlarına həsr olunmuş suvenir xalçalar ölkəmizə gələn turistlərə hədiyyə üçün nəzərdə tutulub. Əsas məqsəd isə, ölkəmizdə keçirilən I Avropa Oyunlarını təbliğ etməkdir.

Bu xalçalarda narla məşəlin simvolu həkk edilib. Bunlar müəssisəyə gələn turistlərə təqdim edilir.

Qədim sənət növü olan xalçaçılığı yaşadıb, inkişaf etdirən xalçaçılar bu cür əsərlər ilə qədim mədəniyyətimizi dünyaya çatdırırlar.
Xalçaçı Sevinc Şamxalova bildirir ki, onlar tək loqo yox Azərbaycanın qədim abidələrini xalça üzərində əks etdirirlər.

Xalça evində hər kəs zövqünə və büdcəsinə uyğun xalça sifariş edə bilər. Yundan toxunan və təbii rənglərlə boyanan xalçalar digərləri ilə müqayisədə həm uzunömürlü, həm də sağlamlığımız üçün xüsusi əhəmiyyətə malikdir. Müxtəlif milli arnamentləri özündə əks etdirən digər suvenir xalçaların qiyməti isə ölçüsündən və toxunma sıxlığından asılı olaraq 15-60 manat arası dəyişir.

Avropa Oyunlarının açılış mərasimində də məhz ən çox diqqət cəlb edən 1000-ə yaxın rəqqasənin stadionda yaratdığı xalça motivləri olub. Onlar enli ətəklərindən istifadə etməklə qədim xalçaçılıq sənətində istifadə edilən ornamentləri canlandırmışdılar.




Mənbə
ANS TV

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler