» » Final döyüşü bu gün olacaq

Final döyüşü bu gün olacaq

Bölmə: Idman, BLOK XƏBƏR
Final döyüşü bu gün olacaq
Bu gün Avropa Oyunlarında boks yarışlarında həm yarımfinal, həm final görüşləri keçiriləcək.


“Xalqinfo” xəbər verir ki, Azərbaycanın rinqə çıxacaq 4 idmançısından 3-ü finala adlamağa çalışacaqsa, biri qızıl medala yiyələnmək üçün döyüşəcək.

91 kq çəki dərəcəsində Məhəmmədrəsul Məcidov da yarımfinal görüşünə çıxmalı idi. Lakin zədə səbəbindən o bu qarşılaşmanı buraxacaq.

52 kq çəki dərəcəsində Elvin Məmişzadə almaniyalı Touba Hamzanı məğlub edib həlledici oyuna vəsiqə qazanmağa çalışacaq. Qarşılaşma 13:30-da baş tutacaq.

64 kq-da Sotomayor Kollazo ukraynalı Viktor Petrovdan güclü olub finala adlamaq üçün rinqə çıxacaq. Görüş 14:15-da başlayacaq.

81 kq-da Teymur Məmmədov Avropa Oyunlarında boks yarışlarında ölkəmiz ilk qızıl medalı qazandırmağa çalışacaq. O, bunun üçün 19:45-dən etibarən başlayacaq döyüşdə italiyalı Menfredonia Valentinonu üstələməyə çalışacaq.

Bu gün rinqə çıxacaq yeganə qadın idmançımız Yana Alekseevna 12:30-da finala çıxmaq üçün rusiyalı Saveleva Elena ilə üz-üzə gələcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler