» » Arda Turan "Atletiko Madrid"də

Arda Turan "Atletiko Madrid"də

Bölmə: Idman
Arda Turan "Atletiko Madrid"dəTürk futbolçu Arda Turan "Atletiko Madrid"dən ayrıla bilər.

Xalqinfo.az-ın məlumatına görə, bu barədə futbolçunun meneceri Ahmet Bulud deyib. Onun sözlərinə görə, Arda İspaniyadan ayrılmaq istəyir.

"As" qəzetinə açıqlama verən menecer türk futbolçunun gələcək kariyerası barədə danışıb: "Arda bu yay İspaniyadan ayrılmaq istəyir. İngiltərə Premier Liqasında oynamaq və karyerasını orada davam etdirmək istəyir. İngiltərədən Ardanı istəyən üç klub var. Hazırda adlarını açıqlaya bilmərəm. Bu klublar İngiltərənin və Avropanın köklü klublarıdır".

A.Bulud Ardanın ən böyük xəyalının İngiltərədə olduğunu söyləyib. Ancaq menecer Ardanın müqaviləsində 41 milyon avroluq "sərbəst qalma maddəsi"nin olduğunu xatırladıb. Futbolçunun meneceri bu maddənin transferə maneə olacağını güman edir.
Mənbə
Anspress

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler