» » Bu gün çox maraqlı

Bu gün çox maraqlı keçəcək

Bölmə: Idman
Bu gün çox maraqlı  "Bakı-2015" I Avropa Oyunlarının 12-ci günündə həyəcan bir qədər də artır.

Xalqinfo.az Bakı 2015 Avropa Oyunlarının bu gün baş tutacaq 3 əsas görüşünü təqdim edir:

Qılıncların qarşıdurması
Qılıncoynatma. Saat 09:00-dan

Bakı Kristal Zalda qılıncoynatma idman növü üzrə qadınların şpaqa ilə və kişilərin sablya ilə fərdi yarışıları başlayacaq. 2008-ci İl Olimpiya çempionu və 2012-ci il Olimpiya gümüş medalçısı almaniyalı Britta Heydeman ayağından aldığı zədədən sonra oyunlara qayıdır.

Amma dünya reytinqi üzrə 2-ci olan rumıniyalı Ana Mariya Branza və 3-cü yerdə duran estoniyalı Erika Kirpu kimi alman idmaçı da, şpaqa yarışlarında ən çox izlənən idmançılardandır. Kişilərin sablya yarışındakı əsas rəqibi, dünya reytinqində 3-cü yerdə qərarlaşan rumıniyalı Tiberu Dolniceanudur.

'Kiçik Felps' suya atılır
Üzgüçülük. Saat 09:30-dan

Avropanın ən güclü yeniyetmə idmançılarını özündə birləşdirən üzgüçülük proqramı, ilk çıxış şansını rusiyalı fenomen Arina Openişeva verməklə oyunlara başlayır.

Keçən il Gənclər arasında Avropa Çempionatında qızıl medal qazanmış Mişel Felps, stilinə görə 'Kiçik Felps' adlandırılan 16 yaşlı idmançı, 100 m məsafəyə sərbəst üzmə yarışlarına və yarımfinallara qatılır. O, həmçinin, həftə ərzində digər qızıl medalların vacibliyini sübut edəcək 4x100 sərbəst ötürmə yarışlarında da iştirak edəcək.

Rusiyanın böyüklər arasında artıq dünya çempionu seçilən 16 yaşlı rusiyalı Daniel Paxomov xüsusi üzgüçü kimi tanınır. Onun 50 m məsafəyə kəpənək üzmə üsulunda ilk qızıl medalını qazanmaq şansı var.

İzdihamı ovsunlamaq istəyənlər
Badminton. Saat 09:00-dan

Avropa çempionu rusiyalı Vladimir İvanov və İvan Sozonov Bakı İdman Zalında azarkeşlərin dəstəyinə ümid edirlər. Onlar, saat 19:20-də başlayacaq kişilərin cütlər yarışında türk cütlüyü Emre Vural və Sinan Zorlu üzərində qələbəyə ümid edirlər.

Qızıl medala ümid bəsləyən rusiyalılar üçün yarış yaxşı başlayıb. Onlar bazarertəsi baş tutmuş qarşılaşmalarda fransız cütlük Bastian Kersuadini və Qeatan Mitteleysseri 2-0 hesabı ilə məğlub ediblər. Çərşənbə günü günorta saatlarından etibarən rus cütlük, azərbaycanlı Kənan Rzayev və Orxan Qələndarovla mübarizə aparacaqlar.
Mənbə
ANSPRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler