» » Çempion olmağa

Çempion olmağa söz verdi

Bölmə: Idman
Çempion olmağa İlk Avropa Oyunlarının boks yarışlarında Azərbaycanı ilk medalla təmin edən təmsilçimiz danışdı.


Birinci Avropa Oyunlarının boks yarışlarında Azərbaycanı ilk medalla təmin edən təmsilçimiz keçirdiyi döyüşlərdən danışıb.

Xalqinfo.az-ın məlumatına görə, boks yarışlarında Azərbaycanı ilk medalla təmin edən təmsilçimiz Tayfur Əliyev keçən dəfəki rumıniyalı Nikolae Andreiana ilə döyüşündən xoşu gəlmədiyini deyib.

"Səhvlərim çox olmuşdu. Lakin sonra həmin döyüşü izləmək imkanım oldu. Səhvlərim üzərində çalışdım və bugünkü rəqibim danimarkalı Frederik Jensenlə döyüşdə təkrarlamadım. Nəticədə mən bu gün qalib gəldim. Növbəti döyüşə daha yaxşı hazırlaşacağam", - deyə Tayfur Əliyev AzərTAc-a müsahibəsində bildirib.

Qitə birinciliyinin gümüş mükafatçısı finala vəsiqə qazanacağına da ümid edir: "Özümə inanıram. Çətin olsa da, bu yarışda çempion adı qazana bilərəm. Bunun üçün əlimdən gələni edəcəyəm".
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler