» » Yarımfinaldakı boksçularımızın biri də artdı

Yarımfinaldakı boksçularımızın biri də artdı [YENİLƏNİB] FOTOLAR

Bölmə: Idman
Yarımfinaldakı boksçularımızın biri də artdıAvropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov (81 kq) yarımfinal uğrunda görüşdə hollandiyalı Peter Müllenberq ilə üz-üzə gəlib. Rəqibini 3:0 hesabı ilə məğlub edən təmsilçimiz yarımfinala adlayıb. Finala gedən yolda onun rəqibi rusiyalı Pavel Silyaqin olacaq.

20:08

Avropa çempionatının bürünc medalçısı Elvin Məmişzadə (52 kq) Bolqarıstan təmsilçisi Daniel Asenov ilə gərgin mübarizədən 2:1 hesabı ilə qalib ayrılaraq yarımfinala yüksəlib.

Arenada görüşü izləyənlər arasında Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov və digər rəsmi şəxslər də olublar.

18:56

“Baku Crystal Hall”da boks yarışlarının yeddinci gününün ikinci yarısı Avropa çempionatının gümüş mükafatçısı polşalı Sandra Drabik və Belarus təmsilçisi Yana Burim arasında keçirilən görüşlə başlayıb.

Tamaşaçılar 48-51 və 69-75 kiloqram çəki dərəcələrində qadın, 52, 56, 81 və 91+ kiloqramlarda isə kişi boksçuların mübarizəsinə şahidlik edəcəklər.

Axşam saatlarında Azərbaycan boksçularından daha üç nəfər rinqə çıxacaq. Avropa çempionatının bürünc medalçısı Elvin Məmişzadə (52 kq) bolqarıstanlı Daniel Asenov ilə münasibətlərinə aydınlıq gətirəcək. 81 kiloqramda çıxış edən Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov yarımfinala gedən yolda hollandiyalı Peter Müllenberqi məğlub etməyə çalışacaq. Azərbaycana növbəti qızıl medalı qazandırmağa namizədlərdən biri olan Avropa və ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidovun isə yarımfinal yolundakı rəqibi türkiyəli Əli Demirəzən olacaq.

Günün ikinci yarısında ümumilikdə 16 görüş keçiriləcək.

15:24

Boks yarışlarında günün ilk yarısına yekun vurulub. Dörddəbir final mərhələsində 48-51 və 69-75 kiloqram çəki dərəcələrində qadın, 46-49, 56 və 81 kiloqram çəki dərəcələrində isə kişi boksçular rinqə çıxıblar.

Boksçularımızdan ilk olaraq mübarizəyə yarışa birbaşa dörddəbir finaldan qoşulan dünya və Avropa çempionu Salman Əlizadə (49 kq) çıxıb. İrlandiyalı Brendan İrvin ilə mübarizədən 1:2 hesabı ilə məğlub ayrılan idmançımız “Bakı-2015”-də çıxışını dayandırıb.

Digər boksçumuz - Avropa çempionatının gümüş mükafatçısı Tayfur Əliyev Danimarka idmançısı Frederik Yensen ilə qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən boksçumuz adını yarımfinala yazdıran ilk idmançımız olub. Bu mərhələdə onun rəqibi İtaliya idmançısı Rikardo Dandreanı məğlub edən Rusiya boksçusu Baxtovar Nazirov olacaq.

Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov və digər rəsmi şəxslər arenada boksçumuzun qələbəsini izləyiblər.

Günün birinci yarısında qadın və kişi boksçuların mübarizəsində ümumilikdə 10 görüş keçirilib. Qadınların mübarizəsində Türkiyə, Böyük Britaniya, Almaniya və Hollandiya, kişilərdə isə İrlandiya, Ukrayna (2 idmançı) Rusiya və İtaliya təmsilçiləri qızıl medallara bir az daha yaxınlaşıblar.

14:27

Avropa çempionatının gümüş mükafatçısı Tayfur Əliyev Danimarka idmançısı Frederik Yensen ilə qarşılaşmadan 3:0 hesabı ilə qalib ayrılaraq adını boks yarışlarının yarımfinalına yazdıran ilk idmançımız olub.

Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov və digər rəsmi şəxslər arenada boksçumuzun qələbəsini izləyiblər.

14:05

Yarışa birbaşa olaraq dörddəbir finaldan qoşulan dünya və Avropa çempionu Salman Əlizadə (49 kq) irlandiyalı Brendan İrvin ilə mübarizədən 1:2 hesabı ilə məğlub ayrılaraq “Bakı-2015”-də çıxışını dayandırıb.

13:44

Bakı, 22 iyun, A.Yadigarov, S.Allahverdiyeva, AZƏRTAC

İyunun 22-də "Baku Crystal Hall"da birinci Avropa Oyunlarının boks yarışlarının dörddəbir final mərhələsinin görüşlərinə start verilib.

Xalqinfo.az xəbər verir ki, bu gün rinqə 48-51 və 69-75 kiloqram çəki dərəcələrində qadın, 46-49, 52, 56, 81 və 91+ kiloqramlarda kişi boksçular çıxacaqlar.

Azarkeşlər Azərbaycan idmançılarının görüşlərini izləmək imkanına malik olacaqlar. Belə ki, bu gün beş boksçumuz yarımfinala keçmək uğrunda mübarizəyə qoşulacaq. Günün ilk yarısında 49 kiloqramda dünya və Avropa çempionu Salman Əlizadə irlandiyalı Brendan İrvin ilə görüşəcək. Avropa çempionatının gümüş mükafatçısı Tayfur Əliyev isə Danimarka idmançısı Frederik Yenseni sınağa çəkəcək.

Digər üç dəri əlcək ustamız isə rinqə axşam saatlarında çıxacaq. Avropa çempionatının bürünc medalçısı Elvin Məmişzadə (52 kq) bolqarıstanlı Daniel Asenov ilə münasibətlərinə aydınlıq gətirəcək. 81 kiloqramda çıxış edən Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı yarımfinala gedən yolda hollandiyalı Peter Müllenberqi məğlub etməyə çalışacaq. Azərbaycana növbəti qızıl medalı qazandırmağa namizədlərdən biri olan Avropa və ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidovun isə yarımfinal yolundakı rəqibi türkiyəli Əli Demirəzən olacaq.

Bu gün kişi və qadın boksçuların mübarizəsində dörddəbir final mərhələsində yeddi çəki dərəcəsində 26 görüş keçiriləcək.
Mənbə
http://azertag.az/xeber/Yarimfinaldaki_bokschularimizin_sayi_uche_chatib_YENILANIB_VIDEO-866010
Yarımfinaldakı boksçularımızın biri də artdı
Yarımfinaldakı boksçularımızın biri də artdı
Yarımfinaldakı boksçularımızın biri də artdı
Yarımfinaldakı boksçularımızın biri də artdı
Yarımfinaldakı boksçularımızın biri də artdı
Yarımfinaldakı boksçularımızın biri də artdı
Yarımfinaldakı boksçularımızın biri də artdı
Yarımfinaldakı boksçularımızın biri də artdı
Yarımfinaldakı boksçularımızın biri də artdı
Yarımfinaldakı boksçularımızın biri də artdı
Yarımfinaldakı boksçularımızın biri də artdı
Yarımfinaldakı boksçularımızın biri də artdı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler