» » Açılış mərasimi yarışlara marağı xeyli artırıb

Açılış mərasimi yarışlara marağı xeyli artırıb (SORĞU)

Bölmə: Idman
Açılış mərasimi yarışlara marağı xeyli artırıb "İlk Avropa Oyunlarının açılış mərasimi yarışlara marağı xeyli artırıb". Bunu "Rəy" Monitorinq Mərkəzinin iyunun əvvəlində ölkə üzrə keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.

Xalqinfo.az bildirir ki,Monitorinq Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, sorğuya yaşı 18 və yuxarı olan 1500 respondent cəlb edilib. Nisbi xəta 2,7% təşkil edir. Nəticələr göstərir ki, Azərbaycanda I Avropa Oyunlarının açılış mərsimi böyük maraqla qarşılanıb. Əgər 2014-cü il iyunun 14-16-da keçirilmiş sorğu zamanı ölkə əhalisinin yalnız yarısı bu yarışı izləmək niyyətində olduğunu deyirdisə, açılışdan sonra rəyi soruşulanların 82%-i mərasimi izlədiklərini qeyd edib.

Açılış mərasiminə baxanların 93%-i şounu televiziya vasitəsilə, 1%-ə qədəri stadiondan, 6%-ə qədəri isə internet vastəsilə izlədiyini qeyd edib.

Ölkə əhalisinin 77%-i açılış mərasiminin onlarda qürur hissi doğurduğunu, 13%-i belə səviyyəli yarışlardan həzz aldıqlarını qeyd edir. Cəmi 4%-ə qədər respondent onlar üçün heç bir fərqin olmadığını və buna əhəmiyyət vermədiklərini, bir o qədəri də heç bir hiss keçirmədiklərini bildirib. Rəyi soruşulanların yalnız 2%-i bu cür yarışların keçirilməsindən narazılıq bildirib.

Ölkə əhalisinin 80%-ə qədəri Oyunları izləyəcəyini, 12%-i idmanla maraqlanmadığını, 8%-i isə hələlik bir qərara gəlmədiyini bildirib.

I Avropa Oyunlarını izləmək istəyənlərin 91%-i televiziyadan, qalanı isə stadionlardan izləyəcəyini bildirib.

Məlum olduğu kimi, belə genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi ucuz başa gəlmir. Ölkə əhalisinin 75%-i hesab edir ki, I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi sadəcə mədəni hadisə deyil, həm də dünyanı Azərbaycanla tanış etmək imkanıdır. Bu səbəbdən də rəyi soruşulanların əksəriyyəti müsabiqənin təşkilinə çəkiləcək xərclərin özünü doğrultduğu qənaətindədirlər. Cəmi 9% respondent bu fikri bölüşmür, çünki bunu bədxərclik hesab edir. 16% respondent isə bu sualı cavablandırmaqda çətinlık çəkib.

Rəyi soruşuların 79%-i hesab edir ki, Oyunların keçirilməsi üçün infrastrukturun yaradılması idmanla məşğul olmaq imkanlarımızı artırmaqla yanaşı, həm də gələcəyə sərmayələrin qoyulması deməkdir, 5%-i isə bu rəyi bölüşmədiyini qeyd edib. 16% respondent bu suala cavab verməkdə çətinlik çəkib.

“Dünyada baş verənlər göstərir ki, biz informasiya müharibələri şəraitində yaşayırıq. Bu dövrdə istənilən fakt siyasi çalar alır, onun ətrafinda şayiələr dolaşmağa başlayır. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də istisna deyil. Bu tədbirin ətrafinda əsl informasiya savaşi gedir. Sizcə, Azərbaycan bu döyüşləri udur, yoxsa uduzur” sualına ölkə əhalisinin 67%-i hakimiyyətin bu savaşı udduğunu, cəmi 6%-i isə uduzduğunu qeyd edib. 27% respondent cavab verməkdə çətinlik çəkib.

Məlum olub ki, ölkə əhalisinin 83%-i 2017-ci il İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsi ideyasina müsbət və yalnız 9%-i mənfi münasibət bəsləyir. 8% respondent cavab verməkdə çətinlik çəkib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler