» » ...Azərbaycanı bundan sonra gimnastika ölkəsi kimi də

...Azərbaycanı bundan sonra gimnastika ölkəsi kimi də tanıyacaqlar

Bölmə: Idman
...Azərbaycanı bundan sonra gimnastika ölkəsi kimi də "İndiyə qədər Azərbaycanı güləş ölkəsi kimi tanıyırdılarsa, bundan sonra gimnastika ölkəsi kimi də tanıyacaqlar".

Xalqinfo.az bildirir ki,ANS PRESS-in Trendə istinadən verdiyi məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında Avropa Oyunlarında gimnastlarımızın qazandığı medalları şərh edərkən deyib.

Ç.Hüseynzadə bildirib ki, gimnastlarımızın qazandığı medallar sevindirici haldır və onlar Azərbaycana uğur gətirdilər: "Bir həftədən sonra ilk Avropa Oyunlarının bağlanışı olacaq, Azərbaycan idmançıları xeyli sayda medal qazanıblar. Ümid edirəm ki, qalan bir həftədə də idmançılarımız yeni medalları ilə Azərbaycanı sevindirəcəklər".

Qeyd edək ki, artıq Azərbaycan gimnastları 6 medal - 1 qızıl, 2 gümüş və 3 bürünc qazanıblar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler