» » Boksçumuzun erməni əsilli idmançı üzərində qələbəsi

Boksçumuzun erməni əsilli idmançı üzərində qələbəsi -YENİLƏNİB

Bölmə: Idman
Boksçumuzun erməni əsilli idmançı üzərində qələbəsi Təmsilçimiz Albert Səlimov (60 kq) Gürcüstandan olan erməni əsilli idmançı Otar Eronasyana qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Döyüş 3:0 hesabı ilə idmançımızın xeyrinə başa çatıb.

***15.09

Bokçumuz Albert Səlimov Gürcüstandan olan erməni əsilli idmançı Otar Eronasyanla üz-üzə gəlir.

***14.42

Bu gün kişilər arasında boks üzrə yüngül çəkidə (52kq) yarışlar keçirilir.

Xalqinfo.az-ın məlumatına görə, Bakı Kristal Zalda baş tutan görüşlərdə Azərbaycan təmsilçisi Elvin Məmişzadə də iştirak edib. Boksçumuz 52 kq çəki dərəcəsində İrlandiyadan Mayls Caseylə görüşüb.

Elvin qarşılaşmaya daha fəal başlayıb və rəqibi qarşısında üstünlük qurub. Nəticədə təmsilçimiz Mayls Caseyi 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.

Bokçumuz Albert Səlimov isə saat 15:15-də başlayacaq görüşdə Gürcüstandan olan erməni əsilli idmançı Otar Eronasyanla üz-üzə gələcək. 1/8 final mərhələsi çərçivəsində baş tutacaq qarşılaşmada idmançımız növbəti mərhələyə çıxmaq üçün mübarizə aparacaq.


Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler