» » Taekvondoçumuz yarımfinala çıxdı

Taekvondoçumuz yarımfinala çıxdı - CANLI

Bölmə: Idman
Taekvondoçumuz yarımfinala çıxdıKişilər arasında taekvondo üzrə +80kq çəkidə yarışlar keçirilir.

xAIQİNFO.AZ-ın məlumatına görə, Azərbaycanı bu çəki dərəcəsində Radik İsayev təmsil edir. Radik 1/4 final mərhələsində Niderlanddan olan idmançı Jeroen Vanroijlə döyüşüb. Təmsilçimiz rəqibinə qarşı inamlı mübarizə aparıb və 8:6 hesablı qələbə qazanıb. Radik bu qələbə ilə adını yarımfinala yazdırıb. Taekvondoçumuz növbəti mərhələdə Sloveniya-İtaliya cütlüyünün qalini ilə qarşılaşacaq.


***15:22***

Kişilər arasında taekvondo üzrə +80kq çəkidə yarışlar keçirilir.

ANS PRESS-in məlumatına görə, hazrda Kristal Zalda baş tutan yarışlarda ilkin raund döyüşləri davam edir. Azərbaycanı bu çəki dərəcəsində Radik İsayev təmsil edəcək. Radik 1/4 final mərhələsində Niderlanddan olan idmançı Jeroen Vanroijlə münasibətlərinə aydınlıq gətirəcək. Bu görüş saat 15:15-də baş tutacaq.

Qadınlar arasında +67kq çəkidə isə Azərbaycanı Marina Tadeyeva təmsil edəcək. Taekvondoçumuz Ukraynadan olan idmançı Marina Konieva ilə döyüşəcək. Marina ilkin raundda qələbə qazanacağı təqdirdə adını 1/4 finala yazdıracaq.

Qeyd edək ki, birinci Avropa Oyunlarında keçirilən yarışlarda Azərbaycan ümumilikdə 12 qızıl, 5 gümüş, 12 bürünc medal qazanıb.


Mənbə
ANSPRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler