» » Məşəli İsmayıllı təhvil aldı

Məşəli İsmayıllı təhvil aldı (Video)

Bölmə: Idman
Məşəli İsmayıllı təhvil aldıİlk Avropa Oyunlarının məşəli İsmayıllı rayonuna çatıb. ANS TV-nin məlumatına görə, ölkəmizi nüfuzlu idman yarışından 17 gün ayırır. Bu tədbir Azərbaycanı bütün dünyaya Avropa ölkəsi, eyni zamanda, dünyəvi dövlət, müsəlman şərqi ilə xristian qərbi arasında körpü kimi tanıdacaq.

İlk Avropa Oyunları, dünyanın Azərbaycanın qədim tarixi, gözəlliyi, musiqisi, incəsənəti, milli mətbəxi, qonaqpərvərliyi ilə tanış olması üçün yaxşı fürsətdir.

Şəkidən sonra İsmayıllı rayonuna gətirilən məşəlin marafonu şəhərin giriş hissəsi olan Nizami küçəsindən start götürüb. Məşəli izləmək üçün böyüklü- kiçikli yüzlərlə rayon sakini küçə və prospektlərə axışıb. İdmançıların müşayiəti ilə məşəl 3 km məsafədə gəzdirilərək Heydər Əliyev Mərkəzinin qarşısındakı mərkəzi meydanda alovlandırılıb.

Məşəlin bu gün növbəti dayanacağı isə Qəbələ rayonu olacaq. Burda möhtəşəm Alov festivalının keçirilməsi nəzərdə tutulub.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler