Pol Poqbadan yeni klubu

Bölmə: Idman
 Pol Poqbadan  “Yuventus”un yarımmüdafiəçisi Pol Poqbanın yeni klubu müəyyənləşib.

Xalqinfo.az xəbər verir ki, 22 yaşlı futbolçu karyerasını “Barselona”da davam etdirmək qərarı verib. Bildirilir ki, “Yuventus” Poqbanı 80 milyon avroya satmağa hazırlaşır. “Mançester Siti” futbolçu üçün 100 milyin avro təklif etsə də, Poqba özü “Barselona”da oynamaq istəyini bildirib.

Qeyd edək ki, bundan öncə yayılan xəbərə görə, Kataloniya klubu fransalı oyunçu üçün “Yuventus”a 80 milyon avro təklif edib.

Əlavə edib ki, bu transfer ən yaxşı halda 2016-cı ilin yanvarında – qış transfer pəncərəsi zamanı baş tuta bilər. FİFA-nın “Barselona”ya tədbiq etdiyi transfer qadağası məhz həmin vaxt başa çatır.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler