» » Kliçko yenidən rinqdə

Kliçko yenidən rinqdə

Bölmə: Idman
Kliçko yenidən rinqdə
Ukraynalı peşəkar boksçu Kliçko bu gün öz titulunu qorumaq üçün samoa mənşəli avstraliyalı Aleks Leapai ilə qarşılaşacaq.


“Xalqinfo”nun Apasport.az saytına istinadən xəbərinə görə, görüş Almaniyanın Oberhauzen şəhərində baş tutacaq.

34 yaşlı Leapai karyerası ərzində 37 dəfə peşəkar boksçu kimi rinqə çıxıb. Bunlardan 24-ü nokaut olmaqla 30-da qələbə qazanıb. 38 yaşlı Kliçko isə IBF, IBO, WBO və WBA versiyaları üzrə ağır çəkililər arasında dünya çempionudur. Bu onun peşəkar rinqdə 65-ci döyüşü olacaq.

Qeyd edək ki, tərəflərin rinqdə qarşıdurması gecə radələrində olacaq.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler