» » Yığmamız gerilədi

Yığmamız gerilədi

Bölmə: Idman
Yığmamız gerilədiFutzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi ötən siyahı ilə müqayisədə mövqeyini dəyişib.

Belə ki, komandamız 1 pillə geriləyib. Ötən həftə dünyanın 13-cü komandası olan yığmamız artıq 14-cü pillədə qərarlaşıb.

Geriləməyə səbəb millimizin hesabındakı xalların azalmasıdır. Əvvəl 1366 xala malik olan komandamız 12 xal itirdiyindən bu rəqəm 1354-ə enib. Bu azalma isə Sloveniyanın millimizi keçməsi ilə nəticələnib.

Planetin ən güclü 20 komandası arasında yeganə dəyişiklik də məhz Sloveniyanın yığmamızı keçməsi olub. Komandamız Avropa təmsilçiləri arasında da 8-ci pilləyə düşüb.

Qeyd edək ki, cədvələ İspaniya başçılıq edir – 1922 xal. Braziliyanın 1910 xalla 2-ci olduğu reytinqin 3-cü pilləsində Rusiya yer alıb – 1746 xal.

Dünyanın ən güclü 20 millisi
1. İspaniya - 1922
2. Braziliya - 1910
3. Rusiya – 1746
4. İtaliya - 1721
5. Argentina – 1679
6. İran - 1611
7. Portuqaliya - 1596
8. Ukrayna – 1494
9. Kolumbiya - 1415
10. Çexiya - 1412
11. Yaponiya – 1401
12. Paraqvay - 1384
13. Sloveniya – 1360
14. AZƏRBAYCAN – 1354
15. Xorvatiya - 1340
16. Rumıniya - 1335
17. Serbiya - 1318
18. Tailand - 1295
19. Özbəkistan - 1269
20. Qazaxıstan - 1260

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler