» » Mingəçevirdə gənclər arasında festival keçrilib

Mingəçevirdə gənclər arasında festival keçrilib (Video)

Bölmə: Idman
Mingəçevirdə gənclər arasında festival keçrilibI Avropa Oyunlar;nda avarçəkmə yarışlarına ev sahibliyi edəcək Mingəçevirdə Gənclər Festivalı baş tutub. Tədbir regiondakı istedadlı uşaqların üzə çıxmasına şərait yaradıb.

Xalqinfo.az-ın məlumatına görə, I Avropa Oyunlarında avarçəkmə yarışlarına ev sahibliyi edəcək Mingəçevirdə region gəncləri arasında oyunlara dəstək layihəsi çərçivəsində festival keçirilib. Tədbirə gələn tamaşaçılar gənclərin canlı musiqi ifalarını dinləyib. Mingıçevirli balacalar müxtəlif rəsqlərlə izləyənlər qarşısında çıxış edib.

Həmçinin istedadlı gənclərin əl işləri olan idman oyunlarının simvolları da nümayiş etdirilib. Açıq hava şəraitində uşaqlar arasında şahmat və boks yarışları xüsusi marağa səbəb oldu.

Gənclər üçün təhsil mərkəzinin Mingəçevir şəhər üzrə regonal ofisindən bildirdilər ki, bənzər tədbirlərin yarışlar zamanı şəhərin müxtəlif yerlərində təşkil edilməsi nəzərdə tutulur.

“Xüsusi qruplar hazırlanıb ki, həmin quruplarda layihə çərçivəsində Mingəçevirdə keçiriləcək oyunlar zamanı turistlərə, idmançılara həmin sərgini daha böyük formada sərgiləyəcəklər. Bu da öz növbəsində ölkəmizi daha da tanıtmaq üçün daha da yaxşı mənada Avropaya inteqrasiyasını göstərmək üçün böyük imkandır”, - deyə Gənclər üçün Təhsil Mərkəzinin nümayəndəsi Tural Kərimov bildirib.

Həmçinin təşkil edilən festival rejiondakı istedadlı yeniyetmələrin kəşf edilməsinə xidmət edəcək.


Mənbə
ANS TV

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler